Göygöldə III Moruq Festivalı başladı - FOTO/VİDEO

Hazırda oxunan: Göygöldə III Moruq Festivalı başladı - FOTO/VİDEO

634944

Sentyabrın 5-də "Aqrar Biznes Festivalı" və "III Moruq festivalı" start götürüb. Azərbaycanın füsunkar təbiəti ilə seçilən bölgələrindən biri olan Göygöldə təşkil olunan bu ənənəvi tədbir bölgənin aqroturizm potensialını artırmaq və yerli istehsalçıları dəstəkləmək məqsədi daşıyır.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Keşkü kəndində təşkil olunan və iki gün davam edəcək bu tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi (KTN), Dövlət Turizm Agentliyi və digər  qurumlarin dəstəyi ilə reallaşıb.

Festival çərçivəsində ziyarətçilərə Göygölün əlverişli iqlimində becərilən müxtəlif növ təzə moruq sortları, o cümlədən fermerlərin üstünlük verdiyi məhsuldar "Polka" və "Polyana" sortları təqdim olunub.
 

Qonaqlar təkcə bu faydalı giləmeyvənin dequstasiyası və satışı ilə deyil, həm də yerli istehsalçıların əl işləri və kənd təsərrüfatı məhsulları ilə tanış olmaq imkanı qazanıblar.
İki gün davam edən festival çərçivəsində Göygöldə "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə təşkil olunub.


Tədbir proqramına zəngin musiqi nömrələri, konsertlər, DJ çıxışları və açıq havada film nümayişləri də daxildir. Festivalda Xalq artisti Şahnaz Haşımova, Nərmin Kərimbəyova, Nadir Bayramlı, Mənzurə Musayeva, Nurlan Babayev, Ləman Əliyeva, eləcə Dilara Hüseynova çıxış edəcəklər.

Ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar təşkil olunub. Moruq Festivalı təbiət qoynunda vaxt keçirmək, sağlam və ləziz giləmeyvələrdən dadmaq və unudulmaz həftəsonu təcrübəsi yaşamaq istəyənlər üçün əla fürsət yaradır.













Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin