Ayağını itirən “Survivor" iştirakçısı Acundan 100 milyon dollar TƏLƏB ETDİ - FOTO

Hazırda oxunan: Ayağını itirən “Survivor" iştirakçısı Acundan 100 milyon dollar TƏLƏB ETDİ - FOTO

634933

“Survivor Yunanıstan”ın iştirakçısı Stavros Floros Dominikan Respublikasında baş verən və sol ayağının bir hissəsini itirməsi ilə nəticələnən qayıq qəzasından sonra “Acun Medya” və digər tərəfdaşlara qarşı 100 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

Bizim.Media NTV-yə istinadən xəbər verir ki, Floros məhkəməyə təqdim etdiyi ərizədə prodüserləri səhlənkarlıqda ittiham edib.

İddiada “AcunMedya”, “AcunMedya Global”, Acun Ilıcalı və “Survivor Yunanıstan”ı yayımlayan SKAI TV cavabdeh tərəflər kimi göstərilib.
 

Hadisə mayın 11-də Dominikan Respublikasında Saona adası yaxınlığında baş verib. Hadisədən sonra yarışmacı Mayamidəki xəstəxanaya aparılıb. O, burada 61 gün müalicə alıb və bir neçə əməliyyat keçirib.


Məhkəmə iddiasında yarışmacıların təhlükəsizliyi ilə bağlı ciddi ittihamlar da irəli sürülüb. Floros prodüserlərin turist qayıqlarının intensiv istifadə etdiyi açıq sularda yarışmacıların nizə ilə balıq ovlamasına şərait yaratdığını iddia edib.

O, həmin ərazidə təhlükəsizlik qayıqlarının, müşahidəçilərin, qorunan sahələrin və kifayət qədər xəbərdarlıq nişanlarının olmadığını bildirib. Ərizədə sözügedən sularda daha əvvəl təhlükəli hadisələrin, hətta ölümlə nəticələnən insidentin baş verdiyi də iddia olunub.

Floros zəruri təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək prodüserlərin qəzaya görə məsuliyyət daşıdığını və 100 milyon dollar təzminat ödəməli olduğunu tələb edir.
 

“AcunMedya” isə qəzanın ardından yaydığı açıqlamada hadisənin bütün təfərrüatlarının araşdırılmasının vacib olduğunu bildirib. Şirkət hadisəni “ciddi qəza” kimi qiymətləndirərək Florosun Survivor çəkilişləri xaricində, nizə balıq ovladığı zaman turist qayığı tərəfindən vurulduğunu açıqlayıb.


Açıqlamada qəzanın realiti-şounun rəqabət prosesindən kənarda baş verdiyi vurğulanıb. “AcunMedya” həmçinin Florosa yardım göstərmək üçün hadisəyə dərhal müdaxilə edildiyini bildirib.

“Survivor Yunanıstan”ın sosial media hesabında qəzanın ertəsi günü Florosun həyati təhlükəni sovuşdurduğu və reanimasiyada müalicə alarkən özünə gəldiyi açıqlanıb. Yarışmacının müalicəsi üçün ABŞ-da yerləşən ixtisaslaşmış tibb mərkəzinə hava yolu ilə köçürülməsinin nəzərdən keçirildiyi də bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin