3 gün, 3 gecəlik dəbdəbəli toyun sonu ŞOK oldu - Gəlin 5 milyon lirəlik qızılla qaçdı

Hazırda oxunan: 3 gün, 3 gecəlik dəbdəbəli toyun sonu ŞOK oldu - Gəlin 5 milyon lirəlik qızılla qaçdı

634950

Türkiyənin Muğla şəhərində qeyri-adi hadisə baş verib. Mustafa Atəşoğlu ilə ailə quran özbəkistanlı Mamura Burxanovanın toy mərasimindən sonra 5 milyon türk lirəsi dəyərində zinət əşyalarını götürərək qaçdığı iddia olunur.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailə gəlini vasitəçilik yolu ilə tanıyıb.
 

Daha sonra cütlüyün 3 gün, 3 gecə davam edən dəbdəbəli toy mərasimi keçirilib. Toyda ölkənin məşhur pəhləvanları da iştirak edib. Mərasim çərçivəsində xüsusi güləş yarışları təşkil olunub. Toya ümumilikdə təxminən 10 milyon türk lirəsi xərcləndiyi iddia edilir.


Hadisədən sonra gəlinin 5 milyon türk lirəsi dəyərində qızıl-zinət əşyalarını götürərək qaçdığı bildirilib. Bununla bağlı ailə polisə şikayət edib.

Şikayətçi olan Mehmet Ateşoğlu isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, onun üçün əsas məsələ itirilən pul deyil:

“Yalnız güləş yarışlarının keçirilməsi üçün 1 milyon 500 min lirə xərclədim. Gedən pulun arxasınca düşmürəm. Mən şərəfimin, qürurumun arxasındayam”.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin