Küsülü olan Afaq Bəşirqızı və Almaz Ələsgərova bir arada - VİDEO

Hazırda oxunan: Küsülü olan Afaq Bəşirqızı və Almaz Ələsgərova bir arada - VİDEO

634937

Bir müddət əvvəl aralarında yaşanan qalmaqalla gündəmə gələn Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Almaz Ələsgərova bir araya gəlib.

Bizim.Media Axşam.az-a istinadən xəbər verir ki, onların eyni məkandan görüntülərini Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkə hesabında paylaşıb.

Aktrisalar Akademik Musiqili Teatrın 117-ci mövsümünün başlaması münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Onlar eyni sıradan əyləşiblər.
 
Paylaşılan videoda bir çox Xalq və Əməkdar artistlərin, aktyorların yeni teatr mövsümünün açılışı münasibətilə bir araya gəldiyi əks olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl aktrisaların dava etdiyi xəbəri yayılmışdı. Hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.

Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib.

İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin