Ana olmaq üçün son yaş həddi AÇIQLANDI

Hazırda oxunan: Ana olmaq üçün son yaş həddi AÇIQLANDI

634921

Son illərdə qadınların ana olmağı daha gec yaşlara təxirə salması halları artır. İlk doğuşlar daha çox 30 yaşa yaxın dövrdə baş verir, 40–45 yaşdan yuxarı qadınlar isə reproduktoloqlara daha tez-tez müraciət edirlər.

Bizim.Media bunu ginekoloq-reproduktoloq Mariya Milyutina açıqlayıb.

Həkimin sözlərinə görə, qadının reproduktiv imkanlarını yaşla bağlı təbii proseslər ciddi şəkildə məhdudlaşdırır. Təbii yolla hamilə qalmaq ehtimalı adətən 45–55 yaş aralığında kəskin azalır və sonrakı dövrdə hamiləlik olduqca nadir hallarda baş verir.

Milyutina 60 yaşda hamiləliyin ciddi risklər daşıdığını bildirib. Onun fikrincə, hamiləlik planlayan qadınlar üçün 55 yaşa qədər dövr daha real hesab oluna bilər.

“50 yaşa qədər yaş həddi qoymazdım. Bundan sonrakı yaşlarda isə tibbi əks-göstərişlərin daha diqqətlə qiymətləndirilməsi vacibdir”, – deyə reproduktoloq qeyd edib.

Qeyd edək ki, daha əvvəl 60 yaşında üçüncü övladını dünyaya gətirən Rusiya sakini barədə məlumat yayılmışdı. Bildirilirdi ki, biologiya üzrə mütəxəssis olan qadın 2010-cu ildə yumurtahüceyrələrini dondurub. Təxminən 15 il sonra isə hamiləlik üçün tibbi yardıma müraciət edib. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin