Biləsuvar şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub.
Piyada aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib. Onun meyiti müvafiq prosedurlara uyğun olaraq aidiyyəti üzrə təhvil verilib.
Qəzanın başvermə səbəbləri və digər hallar araşdırılır.
Sabutay, Bizim.Media
































































































