Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

Hazırda oxunan: Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

634915

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.

5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin