“Ermənistanın baş naziri hər kəsi aldatmaq niyyətindədir. Parlament müzakirələri zamanı baş nazir Ovik Abramyanın cəmiyyəti aldatmaq niyyətində olduğu məlum oldu”.
Bunu “Ermənistanın Milli Konqresi” Partiyasının deputatı Nikol Paşinyan bildirib. Moderator.az Ermənistanın “Epress.am” saytına istinadən dığaların bir-birini "qırdığı"ndan xəbər verir.
Erməni saytının verdiyi xəbərə görə, N. Paşinyan bildirib ki, baş nazir Ermənistanda böyük səs-küyə səbəb olan pensiyalarla bağlı işlərin de-fakto dayandırıldığını elan edib. Onun sözlərinə görə, Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqaüdlərdən və əmək haqlarından tutulan vergilərin mütləq olduğunu bildirib:
“Misal üçün iş təklif edən şəxs vergi ödəməsə cərimə olunacaq. Lakin burada müəyyən məsələlər yaranır. İşçi işi təklif edəndən ödəniş etməməsini tələb etmək ixtiyarına malikdir. Bu, Əmək Məcəlləsinin 47-ci maddəsində də öz əksini tapır. Ona görə də bu gün Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar əslində konstitusiyanın əleyhinədir. Hal-hazırda guya ki, hakimiyyətlə xalq arasında işçi və iş təklif edən arasındakı iş kontekstində diskusiyalar aparılır. Amma bu, sözün əsl mənasında siyasi yalandır”.





































































































