10 mindən çox erməni küçələrə çıxdı

Hazırda oxunan: 10 mindən çox erməni küçələrə çıxdı

40120
Bu gün - yanvarın 18-də İrəvanda hökumətin pensiya islahatlarına etiraz olaraq mitinq keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, Ermənistanın dörd əsas müxalifət partiyaları tərəfindən təşkil edilən mitinqə 10 mindən çox adamın toplaşdığı bildirilir.

Azadlıq meydanında keçirilən mitinq icazəli olub, təhlükəsizliyi təmin etmək üçün OMON və əlavə polis qüvvələri səfərbər edilib. Mitinqçilər yığım pensiya sisteminin tətbiqinə qarşı çıxıblar. İrəvanda 8 dərəcə şaxta olmasına baxmayaraq aksiya izdihamlı alınıb.

Yığım pensiya sisteminin tətbiqi barədə qanun layihəsi ötən il boyu davam edən etirazlara baxmayaraq Ermənistan parlamentində qəbul edilib və yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir. Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər.

Ermənistan parlamentinin müxalifətdən olan deputatları qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə yanvarın 25-dək qərar çıxarmalıdır.

İrəvanda keçirilən mitinqdə Sərkisyan hökumətinin sosial-iqtisadi siyasəti kəskin tənqid olunub. Mitinqdən sonra aksiya iştirakçılarından bir qrupu Konstitusiya Məhkəməsinin binası qarşısına yürüş ediblər. Aksiyaçılar məhkəmədən qanunun ləğvini tələb edən qətnamə layihəsini oxuyublar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin