İran nüvə obyektləri haqqında MAQATE-yə məlumat verəcək

Hazırda oxunan: İran nüvə obyektləri haqqında MAQATE-yə məlumat verəcək

36560

Əraq şəhərindəki reaktor və "Geçin" uran mədənində monitorinq aparılması nəzərdə tutulur

İran nüvə obyektləri haqqında Birləşmiş Millətlər Təşkilatının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) məlumat verəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, razılaşmaya görə İran tərəfi tikintisi planlaşdırılan tədqiqat reaktorları obyektləri barədə də MAQATE-ni məlumatlandıracaq. 
Hazırda Tehranda səfərdə olan MAQATE-inin rəhbəri Yukiya Amano müsbət irəlləyişlər olduğunu deyib. 

Daha əvvəl əldə olunan razılıqlara görə, İranın Əraq şəhərində reaktor və "Geçin" uran mədənində MAQATE-in ekspertləri tərəfindən monitorinq aparılması nəzərdə tutulur. Həmçinin ölkənin cənubunda Qaçin şəhərindəki uran mədənində yoxlamalar aparılacaq. 

MAQATE ekspertlərinə icazə İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin 6 paraqraflıq birgə bəyanatına əsasən verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin