Müəllim 13 yaşlı şagirdini 10 min dollara satmaq istədi - Fotolar

Hazırda oxunan: Müəllim 13 yaşlı şagirdini 10 min dollara satmaq istədi - Fotolar

159573

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna polisi 13 yaşlı şagirdini 10 min dollara satmağa çalışan bir qadın müəllimi həbs edib.

Ukrayna Daxili İşlər Naziri Arsen Avakov hadisə barədə facebookda paylaşım edərək ictimaiyyətin diqqətinə çatdırıb. Nazir Avakov dörd aydır təqib etdiklərini açıqladığı 52 yaşlı qadının və qızın fotoşəkillərini də paylaşıb. Avakov müəllimin Ukraynanın şimal-şərqindəki Xarkov şəhərində bir internatda yaşayan tələbəsini məktəbdən çıxardığını, orqan qaçaqmalçılığı ilə məşğul olan bir adama apardığını və pulu alarkən cinayət əsnasında tutulduğunu qeyd edib.

Ukraynalı müəllimin izahatı alınarkən cinayət yerindəki pullara da əl qoyulub.xa0

13 yaşındaki kızı 10 bin dolara satmakla suçlanan öğretmen gözaltında


Ukrayna mediası müəllimin adını Qalina Kovalenko olduğunu açıqlayıb.xa0
İyirmi ildir Rus və Ukrayna dillərindən dərs deyən Kovalenko hadisəyə dair bir açıqlama verməyib.
Kovalenko mühakimə olunub günahı təsdiqlənərsə 12 ilə qədər həbs cəzası alacaq.



Müəllimə
Müəllimə


Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin