Son günlərdə Rusiya cəmiyyətin diqqətini üzləşdiyi problemlərdən yayındırmaq üçün müxtəlif variantlara əl amaqdadır. Rusiya rəhbərliyi-başda Vladimir Putin olmaqla Rusiyanın bu gün düşdüyü vəziyyətə görə SSRİ-ni günahkar bilirlər. Daha doğrusu belə bir fikir səslənir ki, Rusiya SSRİ dağıldığına görə indiki vəziyyətə düşüb. Putin hesab edir ki, SSRİ Lenin və Stalinin ideyalarına görə dağılıb. Onun sözlərinə görə, Lenin və Stalin SSRİ-yə qoşulan subyektlərə geniş səlahiyyət verdiyindən bu dövlət dağıldı. Bu bir daha Rusiyanın siyasi rəhbərliyinin şovinist və imperiya düşüncələrindən uzaq olmadığını göstərir.
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə SSRİ-nin dağılmasını ölkədə iqtisadi problemlərin mövcudluğu və onun liderlərinin siyasi iradəsinin olmaması ilə izah edib.
“SSRİ-yə rəhbərlik edən liderlər siyasi iradənin olmaması nəticəsində yaranmış iqtisadi vəziyyətdən çıxmaq üçün düzgün qərar verə bilmədi və nəticədə də ölkə dağıldı. SSRİ-nin liderləri sadəcə özlərini itridilər. Bilmədilər ki, nə etmək lazımdır. Vəziyyətdən çıxış yolunu görə bilmədilər. Ən əsası isə SSRİ rəhbərliyi məsuliyyəti öz üzərinə götürməyi bacarmadı. Dövlət idarəçiliyi prinsiplərini yadlarından çıxardılar”x9d, - deyə N. Patruşev “Moskovskiy komsomoleçə”x9dm açıqlamasında deyib.
Bununla belə Patruşev deyib ki, Rusiyanın indiki rəhbərliyinin ölkənin ərazi bütövlüyü və suverenliyini qorumaq üçün siyasi iradəsi mövcuddur.




































































































