Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən BMW markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.
Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər. (Mənbə: azertag.az)
Bizim.Media







































































































