Şəkidə kombaynı kim yedi? -VİDEO

Hazırda oxunan: Şəkidə kombaynı kim yedi? -VİDEO

47580
Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin “Aqorlizinq” Açıq Səhmdar Cəmiyyətində Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin araşdırması davam edir. 
ANS TV- nin məlumatına görə, Şəkidə artıq taxıl biçini başlamaq üzrədir. Amma fermerlər bu mövsümə köhnə texnika ilə gedirlər.
Ölkə başçısının sərəncamı ilə bir neçə dəfə aqrolizinqə yeni kənd təsərüfatı texnikalarının alnması üçün vəsait ayırılıb, qurumun Şəki filialının bazasında yetərincə texnika var. Amma fermerlər süni əngəllərdən şikayətlənirlər.
Fermer Nəzir Əliyev qeyd etdi ki, lizinqin texnikasını kiməsə verirlər, o admalar da onlarla muqavilə bağlamır. Muqavilə 3 nüxsədə hazırlanır. Biri əkinçidə, biri lizinq işçisində, biri də bankda saxlanılır: "Əgər mənə dəyən ziyanın səbəbi lizinqdirsə, onda bank heç nə soruşmadan o pulu lizingdən kəsib 75% mənə ödəməlidir. Ancaq bizdə belə bir şey yoxdur. Lizinq işçisi nə əkində, nə biçində yanımıza gəlmir”. 
Fermerlərin üzləşdyi bu problemler Hesablama Palatasının “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində aparılan yoxlamada da öz əksini tapıb. Müəyyən olunub ki, “Aqrolizinq”in Şəki filialında 2 adda 17 ədəd texnikanın nə izi qalıb, nə tozu. Fermerlər taxıl sahələrini biçmək üçün kombayn tapmadığı halda 19 ədəd kombayn istifadəsiz saxlanılıb. 
Bundan başqa, Şəkidə müvafiq sənədlər saxtalaşdırılmaqla, otlaq, örüş, biçənək yerləri əkin sahələri kimi göstərilərək 1347,2 ton mineral gübrə əsassız olaraq məxaric edilib. 
Təkcə bir fakt üzrə 13 min manatdan çox yeyinti deməkdir. 
Şəki bazasında digər bir fakt isə saxta ştatlar yaradaraq aylarla işə çıxmayan işçilər üçün əmək haqlarının ayrılmasıdır. 
8 ildir fəaliyyət göstərən Şəki filialıına Cavanşir Qurbanov rəhbərlik edib. Cavanşir Qurbanov Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə təyinat aldıqdan sonra isə əvvəlki postunu qardaşı Rafiq Qurbanova təhvil verib.
Qurumda maliyyə pozuntuları aşkarlandıqdan sonra isə hər iki şəxs həbs olunub.
Hazırda baş prokurorluqda araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin