Telman İsmayılova Moskva bulvarında otel tikməyə icazə vermədilər

Hazırda oxunan: Telman İsmayılova Moskva bulvarında otel tikməyə icazə vermədilər

34407

Azərbaycanlı iş adamı Telman İsmayılova Moskvada, Nikita bulvarında otel kompleksi tikməyə icazə vermirlər. Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvanın Memarlıq Şurası tikilinin bulvarın tarixi halına xələl gətirəcəyi üçün otel kompleksinin inşasına icazə vermir. Amma qəti qərar verməzdən əvvəl şura üzvləri şəhərin meri Sergey Sobyaninin mövqeyini gözləyirlər. 

Tikinti işlərinin nəzərdə tutulduğu ərazidə hələ 1997-ci ildən XVIII əsrə aid ev var idi ki, orada Qalısin knyazının ədəbiyyat salonu fəaliyyət göstərirdi. 

Həmin ev 2012-ci ildə otel kompleksi tikmək üçün Moskvanın Şəhərsalma Komissiyasının icazəsi ilə Telman İsmayılovun AST qrupuna daxil olan “KBF AST” MMC söküb. Amma Memarlıq Şurası həmin qərara yenidən baxıb. Son söz isə Moskva merinin öhdəsinə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin