"Sahibkarlar “Diqlas”ın rəhbərliyini məhkəməyə verə bilər...” - Hüquqşunas...

Hazırda oxunan: "Sahibkarlar “Diqlas”ın rəhbərliyini məhkəməyə verə bilər...” - Hüquqşunas...

264406

Xəbər verdiyimiz kimi dünən paytaxt Bakıda “Diqlas” ticarət mərkəzi yanaraq kül oldu. Ticarət mərkəzində mağazaları yanan sahibkarlara isə külli-miqdarda maddi ziyan dəydi. Onlar hazırda onlara dəymiş ziyanı tələb edirlər və bu gün saat 16:00-da ticarət mərkəzinin rəhbərliyi ilə sahibkarların görüşü baş tutacaq.xa0

Bəs sahibkarlar onlara dəymiş ziyani kimdən tələb etməlidir?

Hüquqşunas Ələsgər Məmmədli Moderator.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirdi:

“Sözsüz ki, burda işə mülki münasibətlər çərçivəsində baxılmalıdır, yəni tərəflərdən biri yerini kirayə verib və digər tərəf də onu kirayə götürüb. Müqavilə şərtlərində nə yazılıb onu bilmirik, amma ümumi hüquq prinsipləri baxımından yanaşsaq, burda yer sahibinin məsuliyyəti var. Bu, məsuliyyət isə təqsirsiz məsuliyyət dediyimiz, yəni mühiti təmin etməklə, onun təhlühəsizliyini təmin etməklə doğan məsuliyyət məsələsidir. Bütün hallarda ticarət mərkəzində təhlükəsizlik tədbirləri, yanğınsöndürmə imkanları geniş olmalı idi ki, çoxsaylı insanın fəaliyyət göstərdiyi ticarət mərkəzi bu şəkildə alışıb yanmasın. Bu, işin obyektiv tərəfidir. Subyektiv tərəfi isə budur ki, tərəflərdən birinin bəlli bir müqavilə öhdəliyi çərçivəsində bir yerin təhlükəsizliyini təmin etmək və digər tərəfin də ondan istifadə etmək kimi öhdəliyi var. Bu baxımdan yer sahibləri konkret olaraq məhkəmə qaydasında bina sahibinə iddia irəli sürə bilər.xa0

Burda təhlükəsizlik və yanğından mühafizə qaydaları da araşdırılmalıdır, çünki bunu Fövqəladə Hallar Nazirliyi də qeyd etdi. Burda rəsmi qurumların öz səhlənkarlığı ortaya çıxarsa, dövlətin də müəyyən öhdəlikləri yaranacaq. Yəni ədalətli araşdırma aparılsa, tərəflərin hər birinin məsuliyyəti var. Zərər hər halda üç tərəf arasında paylaşılmalıdır. Birinci sahibkar öz əmlakını sığorta etməli idi, amma bunu etməyib. İkinci iş sahibinin mühiti təmin etməklə təhlükəsizlik tədbirləri görmək öhdəliyidir. Üçüncüsü isə buna nəzarətxa0 imkanlarını həyata keçirməli olan dövlət qurumları təhlil nəzarət funksiyası həyata keçirməyiblər”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin