Dekabrın 6-da Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına və 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığı və dövlət dilindən istifadə qaydalarının daha da təkmilləşdirilməsi” barədə Sərəncamına uyğun olaraq “Hilal” Sosial Araşdırmalar İctimai Bilriyi, “Müasir İnkişaf” İctimai Birliyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vüqar Səlimov, akademik Nizami Cəfərov, akademik Mövsüm Nağısoylu, Mətbuat Şurasının üzvü Azər Həsrət, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elm və innovasiyalar şöbəsinin müdiri Yusif Alıyev və ADPU-nun Filologiya fakültəsinin tələbələri iştirak ediblər




































































































