Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı YAP-ın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri keçirilmişdir.Belə ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı ,Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, YAP-ın Mərkəzi Seçki qərargahının təşviqat qrupunun üzvü Ağalar Vəliyevin iştirakı ilə aprelin 5-də Dəliməmmədli şəhər,Boluslu və Balakürd kəndlərinin seçiciləri ilə görüşlər keçirildi. Görüşlərdə çıxış edən Ağalar Vəliyev ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf startegiyasının müasir qlobal çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində Azərbaycanın son 15 il ərzində əldə etdiyi yüksək naliyyətlər eləcə də Goranboy rayonunda aparılan quruculuq abadlıq işləri, qarşıdakı vəzifələr və hədəflər barədə məlumat verilmişdir.Millət vəkili Ağalar Vəliyev seçiciləri aprelin 11-də keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə çağırdı.

Tədbirdə çıxış edən qərargah üzvü Şahin Allahverdiyev ,Ülkər Hünbətova , seçici Bəxtiyar Məmmədov , Ruhiyyə Həmidova Boluslu kənd sakini Zirəddin Məmmədov,Nəsimi Süleymanov çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edərək 11 aprel 2018-ci il tarixdə Prezident cənab İlham Əliyevin qələbə qazanacağına inandıqlarını bildirdilər.




































































































