Sən demə, insanın ruhu susarmış, ruhunda dərd, kədər, qəm çağlayanda...

Hazırda oxunan: Sən demə, insanın ruhu susarmış, ruhunda dərd, kədər, qəm çağlayanda...

210342
Yoruldum...

Yoruldum deməyi sevməyən dilim,
Yoruldu susmaqdan qəlb ağlayanda.
Sən demə, insanın ruhu susarmış,
Ruhunda dərd, kədər, qəm çağlayanda..

Yoruldum deməyi sevməyən gözüm,
Haqsızlıq görməkdən yaman yoruldu.xa0
Çiskinə bələndi gözümün ağı ,
Çökdü qarasına duman, yoruldu..

Duymaqdan mutluluq duyardım, Allah,
Duymaq istəmirəm yalan, şər, böhtan,
Tanrım, yaxşılara tən gətir məni,
Dinləyim, dinləyim, danışsın vicdan..

Yoruldum deməyi sevməyən əlim,
İndi bir əl gəzir, tutsun əlimdən..
Sanki buz bağlayıb, elə üşüyür,
İstilik almayır öz nəfəsimdən..

Yoruldum deməyi sevməyən könül,
Artıq anlayır ki, bu dünya nədir..
Hərlənir, fırlanır, dönür başıma,
Dünyanın özü də bir pərvanədir!

Yoruldum deməyi sevməyən məni,
Həyat elə yordu yorğun yolçuyam.xa0
Nə yaxşı içimdə heç yorulmayan,xa0
İnsanlıq adında İNSANLIQ qalıb !!!

(Qənirə Paşayeva)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin