Bir qrup hazırkı və sabiq xa0millət vəkili mənzillə təmin olunub. Yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var.
Maraqlıdır, hazırkı məqəamda millət vəkillərinin evlə təmin olunması nə dərəcədə doğrudur?xa0
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Moderator.az-a açıqlamasında bildirdi ki, ilk öncə xalqın qayğısına qalmaq lazımdır:
“Hesab edirəm ki, deputatların maaşı minimum əmək haqqının müəyyən misli qədər olmalıdır. Buna uyğun olaraq da onların mənzil ehtiyacları tənzimlənməlidir. Deputatların da bu kimi tələbatları təbii ki, qarşılanmalıdır. Amma söhbət xalq tərəfindən seçilmiş, xalqa xidmət edən deputatlardan gedir. Hazırkı parlamentdə isə belələri azdır, ona görə də bu deputatlar mənzilə layiq deyillər.”x9d

































































































