Ukrayna paytaxtına endirilən son dağıdıcı zərbələrdən sonra onlarla xarici dövlətin və beynəlxalq təşkilatın nümayəndələri hadisə yerində olub, yaranmış dağıntı və fəsadları şəxsən nəzərdən keçiriblər. Gələn nümayəndə heyətləri arasında Böyük Britaniya, Yaponiya, Çin və digər ölkələrin diplomatik missiyaları yer alıb.
Bizim.Media xəbər verir ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində axtarış-xilasetmə işləri fasiləsiz davam edir.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbəri Andrey Danikin verdiyi məlumata görə, hazırda xilasedicilər dörd əsas istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Paytaxt üzrə ümumilikdə 600-dən çox xilasedici hərbi vəzifəsinin icrasına cəlb olunub.
Son məlumatlara görə, Kiyevdə tamamilə dağılmış yaşayış binasından indiyədək 17 nəfər sağ çıxarılıb. Lakin daha 9 nəfərin hələ də uçqunlar altında qaldığı ehtimal edilir.
Uçqunlar altında qalan şəxslərin yerinin müəyyənləşdirilməsi üçün xidməti itlərdən və xüsusi vibrofonlardan (səs və vibrasiya detektorları) istifadə olunur. Məhz bu xüsusi cihazların sayəsində zərbədən sonrakı ilk saatlarda dağıntılar altındakı insanların yerini tapmaq və onları sağ xilas etmək mümkün olub.


Bizim.Media


































































































