Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi

Hazırda oxunan: Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi

622931

Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb blogerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.

Bizim.Media "big.az"a istinadən bildirir ki, məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlanılıb. Aparıcı yayılan məlumatı təsdiqləyib.

Məsələ ilə bağlı aparıcının vəkili Yaqub Nəcəfli də açıqlama verib:

"Bayramova Səidə Bəkir qızının vəkili olaraq bildirirəm ki, müvəkkilimin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıması ilə əlaqədar hüquqi proses qanunla müəyyən olunmuş qaydada başladılaraq tərəfimizdən aidiyyəti məhkəməyə müraciət edilmişdir.

Eyni zamanda mövcud sübutlar, o cümlədən müstəqil mütəxəssis rəyi, artıq müvafiq instansiyaya təqdim olunmuşdur. Hazırda məhkəmə araşdırması davam etdirilir. Prosesin hazırkı mərhələsində əlavə şərh vermək məqsədəmüvafiq hesab edilmir, lakin, nəticə hüquqi yolla məhkəmə tərəfindən müəyyənləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin