Ötən gün kiberdələduzların qurbanı olan Əməkdar jurnalist Ləman Ələşrəfqızının oğurlanmış 600 manat məbləğində vəsaiti özünə qaytarılıb.
MÖVZU İLƏ BAĞLI:
İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq", - jurnalist paylaşımında qeyd edib.
Qeyd edək ki, ötən gün jurnalist siyasətçi İqbal Ağazadənin adı ilə teleqram kanalından ona yazıldığını və ard-arda iki dəfə 300 manat məbləğində pul tələb edildiyini paylaşıb. Daha sonra jurnalist kiberdələduzların qurbanı olduğunu, İqbal Ağazadənin teleqram hesabının oğurlandığını anlayıb.
Bizim.Media





































































































