"Kəpəz" Fərid Nəbiyevlə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi başa çatan 26 yaşlı yarımmüdafiəçi komandanı tərk edib. Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb.
Klub xidmətlərinə görə Fərid Nəbiyevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Bizim.Media

































































































