“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

Hazırda oxunan: “Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

622965

Məşhur aktyor Ferit Kaya yeni layihəsini müəyyənləşdirib.

Bizim.Media “democrat.az”a istinadla bildirir ki, o, yeni yayım mövsümünün diqqət çəkən layihələrindən biri olan “Aşk ve Taht” serialının heyətinə qoşulub.

Bozdağ Film tərəfindən istehsal olunan və ATV kanalında yayımlanacaq serialın ssenari müəllifləri Serdar Özönalan, Hasan Erimez, Özlem Atasoy və Melek Yalçındır.

Ferit Kaya serialda "Melik Keyferidun" obrazını canlandıracaq. Aktyor daha əvvəl “Uzak Şehir” serialında rol almış və mövsüm finalında layihəyə vida etmişdi.

Qeyd edək ki, tarixi dram janrında olacağı gözlənilən “Aşk ve Taht” serialı yeni mövsümün ən çox maraq doğuran layihələrindən biri kimi qiymətləndirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin