“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

Hazırda oxunan: “Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

622979

Müxtəlif ixtisaslar üzrə bir müddət əvvəl sertifikasiya imtahanı vermiş müəllimlərin bəziləri nəticələrdən narazıdırlar. Onlar iddia edirlər ki, imtahandakı sulların bir qismində səhvlik var.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, texnologiya fənni üzrə sertfikasiya imtahanında iştirak edən müəllimlər 3 sualda səhvlik olduğunu deyir. Bildirirlir ki, imtahanda toplanan əlavə 1 bal onların 35 faiz artıma düşməsinə səbəb olacaq.

Biologiya müəllimləri isə qeyd edirlər ki, imtahanlarda vəziyətin qənaətbəxş olmamasının səbəbi suallarda vaxtın düzgün bölünməməsidir. Müəllimlər iddia edirlər ki, verilən suallarda uyğunsuzluq və səhvlər də var.
 

Müəllimlər məslənin mütəxəsislər tərəfindən diqqətlə araşdırılmasını vacib hesab edirlər. Onlar yaranmış vəziyyətlə bağlı adiyyəti orqanlara da müraciət etdiklərini bildirirlər.


"Biologiyadan təkrar sertifikasiya imtahanında salınan suallar çərçivə sənədinə uyğun olmayan və qərəzli suallar idi. Xarici mənbələrdən götürülən və düzgün tərcümə edilməmiş suallar sertifikasiya imtahanında yer alır. 3 sual isə düzgün cavabı olmayan suallardır”, - deyə müəllimlərdən biri qeyd edib.

Məsələ ilə bağlı Təhsil İnstitutundan bildirilib ki, sertifikasiya sualları ilə bağlı şərhlər apellyasiya bitdikdən sonra olacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin