Mövsüm Həmdullayevə yüksək vəzifə VERİLDİ

Hazırda oxunan: Mövsüm Həmdullayevə yüksək vəzifə VERİLDİ

622946

Xaçmaz Təhsil sektoruna yeni direktor təyin olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil idarəsinin rəisi Coşqun Əliyev əmr imzalayıb.

Onun əmrinə əsasən, Mövsüm Həmdullayev bir neçə aydır boş olan Xaçmaz təhsil sektoruna müdir təyin olunub. Yeni sektor müdiri bu təyinatadək Şabranda məktəb direktoru işləyib.

Məlumat Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Bizim.Media-ya təsdiqlənib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin