Zelenski: “Rusiya Kiyevə zərbəyə görə cavabını alacaq”

Hazırda oxunan: Zelenski: “Rusiya Kiyevə zərbəyə görə cavabını alacaq”

622944

“Rusiya bu gecə Kiyevə təşkil etdiyi kütləvi kombinə edilmiş zərbəyə görə cavabını alacaq”

Bizim.Media "rbc.ua"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski paytaxtın Darnitski rayonunda düşmən zərbəsinin vurduğu yerdə bəyanat verib.

Dövlət başçısı vurğulayıb: "Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - bu mütləqdir".

Bundan əlavə, Zelenski Ukraynanın ədalətli sülhün və müharibənin ədalətli şəkildə başa çatmasının tərəfdarı olduğunu bildirib.

"Hələlik isə bu (sülh) yoxdur - ədalətli cavabların tərəfdarıyıq", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukraynaya növbəti irimiqyaslı kombinə edilmiş zərbə endirib. Hücumun əsas hədəfi Kiyev olub.

Məlumata görə, hücum zamanı Rusiya hava, quru və dəniz bazalı raketlərdən, eləcə də yüzlərlə zərbə pilotsuz uçuş aparatından istifadə edib. Ümumilikdə Rusiya qüvvələri 570 hava hücum vasitəsi tətbiq edib ki, onlardan 496-sı kamikadze dronu, 74-ü isə müxtəlif tipli raketlər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin