Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Hazırda oxunan: Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

622978

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları bu günlərdə qeyd olunan ərazidə monitorinq aparıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədqiqatlar zamanı güclü leysanlardan sonra çay yatağında eroziya prosesləri qiymətləndirilib, sel hadisələrinin təsiri araşdırılıb.
 

Müşahidələr çayın sağ sahilində yan eroziyanın gücləndiyini və bunun kənd ərazisi, eləcə də əkin və otlaq sahələri üçün risk yaratdığını göstərib. Monitorinq zamanı Haney dərəsində və yaylaq ərazilərində də ölçmələr aparılıb.


Yerli əhali arasında "Beşmərtəbə" adı ilə tanınan şəlalə ilk dəfə dəqiq parametrlərlə qeydə alınıb. Ölçmələrə əsasən, şəlalənin hündürlüyü 31 metr, eni 1,25 metr, dəniz səviyyəsindən hündürlüyü isə 2125 metr təşkil edir. Ərazidə hidroloji ölçmələr aparılıb və laborator analizlər üçün su nümunələri götürülüb.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin