Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO

Hazırda oxunan: Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO

622954

Müğənni Fədayə Laçın bu dəfə canlı yayım zamanı rus dilində danışığı ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, sənətçi mobil telefonunda istifadə etdiyi tətbiqlə bağlı yaranan texniki problemlə qarşılaşdığını bildirərək, canlı yayım zamanı izləyicilərindən kömək istəyib.
 

Canlı yayım zamanı Fədayə Laçının rus dilində danışarkən istifadə etdiyi ləhcə və aksent sosial şəbəkələrdə maraq doğurub. Sözügedən görüntülər qısa müddətdə geniş yayılaraq istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.


Bəzi izləyicilər müğənninin səmimi davranışını bəyəndiklərini qeyd ediblər. Digərləri isə onun rus dilində danışıq tərzini müzakirə edərək müxtəlif fikirlər səsləndiriblər.

Qısa zamanda viral olan video sosial şəbəkələrdə çoxsaylı baxış, bəyənmə və şərh toplayaraq gündəm mövzularından birinə çevrilib. (musavat.com)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin