Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Hazırda oxunan: Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

622960

Belarus Prezidenti Aleksandr Lukaşenko fəxri qonaqlar kitabına imza atdıqdan sonra İndoneziya lideri Prabovo Subiantoya qələm hədiyyə edib və bununla da həmkarını təəccübləndirib.

Bizim.Media bu barədə "Detik" portalı məlumat yayıb.

Portalın məqaləsində "İndoneziya prezidenti bir anlıq təəccüblənmiş göründü, sonra gülümsədi və hədiyyəni pencəyinin daxili cibinə qoydu", - deyə qeyd edilib.

Dövlət başçıları "İstana Merdeka" prezident sarayında görüşüblər.

Qeyd edək ki, Lukaşenko İndoneziyaya rəsmi səfərə bir gün əvvəl gəlib. Belarus liderinin səfər proqramındakı ilk tədbir İndoneziya hökumətinin üzvləri ilə görüş olub. Gündəlikdə mühüm birgə investisiya layihələrinin icrasının müzakirəsi yer alır.

Bundan əvvəl Cakartada Belarus-İndoneziya biznes forumu başa çatıb və forum çərçivəsində 76 milyon dollarlıq müqavilələr imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin