Finlandiya Rusiyanın potensial nüvə zərbələrinin hədəfləri siyahısına əlavə edilib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün sosial şəbəkə hesabında yazıb.
“Finlandiya nüvə silahlarının idxalına qoyulan qadağanı ləğv etdi. Bu, finlər üçün nəyi dəyişir? Sadəcə kiçik bir şeyi: onların ölkələri artıq Rusiyanın nüvə silahlarının hədəfləri siyahısındadır. Sevin, Finlandiya, təhlükəsizliyin zirvəsinə çatmısan!", - deyə Medvedev bildirib.
Qeyd edək ki, Finlandiya parlamenti iyunun 17-də hökumət tərəfindən ölkəyə nüvə silahlarının idxalına icazə verən qanun layihəsini təsdiqləyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:53 / 03.07.2026
Medvedevdən qonşu ölkəyə NÜVƏ TƏHDİDİ – “Artıq onlar da siyahıdadır"
Hazırda oxunan: Medvedevdən qonşu ölkəyə NÜVƏ TƏHDİDİ – “Artıq onlar da siyahıdadır"
Hazırda oxunan: Medvedevdən qonşu ölkəyə NÜVƏ TƏHDİDİ – “Artıq onlar da siyahıdadır"
622995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































