Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Hazırda oxunan: Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

622974

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqin Hicaz rayonunda baş verən və insan tələfatına səbəb olan hücumu qətiyyətlə pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirilib.

"Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişi pozmaq məqsədi daşıyan bu cür cəhdlərə və ictimai asayişi sarsıtmağa yönəlmiş dairələrə ən yaxşı cavabın birlik və həmrəyliyini qoruyan Suriya xalqı tərəfindən veriləcəyinə inanırıq", – bəyanatda qeyd edilib.

Son məlumatlara görə, Dəməşqdə baş verən hücumda altı nəfər ölüb, 22 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin