Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın paytaxtı Kiyevə endirilən son hərbi zərbələrə cavab olaraq, Rusiyanın hərbi-sənaye kompleksinə (HMK) dəstək verən yeni təşkilatlara qarşı sanksiyaların tətbiq edilməsini təklif edəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, avropalı diplomat bu barədə özünün rəsmi açıqlamasında bəyan edib:
“Bu gün mən baş verən zərbələrə cavab olaraq, Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən yeni təşkilatlara qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcəyəm. Moskva dinc sakinlərə qarşı nə qədər güclü hücumlar təşkil edirsə, sanksiyalar da bir o qədər sərt olmalıdır”.
K.Kallas həmçinin vurğulayıb ki, Moskva bu müharibədə qalib gələ bilməyəcəyini anlayana qədər, Avropa İttifaqı Rusiyanın ödəməli olduğu bədəli və təzyiqləri artırmağa davam edəcək.
Bizim.Media

































































































