Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol nişanının aşması sürücülər üçün çətinlik yaradıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, yolun hərəkət hissəsində yerləşən nişanın aşması həm hərəkətin təhlükəsizliyinə mənfi təsir göstərir, həm də sürücülərin istiqaməti düzgün müəyyənləşdirməsini çətinləşdirir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov oxu.az-a bildirib ki, yol nişanı kənar müdaxilə nəticəsində sıradan çıxıb və tez bir zamanda bərpa olunacaq.
Bizim.Media


































































































