Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının komandanı Əli Abdullahi ABŞ və İsraili İranın mərhum ali rəhbəri Əli Xameneinin dəfn mərasimi zamanı İslam Respublikasına qarşı hər hansı hərbi addımdan çəkinməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
"Bu möhtəşəm və ibrətamiz günlərdə İranın düşmənlərini, ilk növbədə ABŞ-ni, sionist rejimi və onların regional və regiondankənar müttəfiqlərini hər hansı səhv hərəkətlərdən çəkinməyə, habelə, İran Silahlı Qüvvələrinin vətənə qarşı istənilən təhdid və ya təcavüzə sərt cavab verməyə hazır olduğunu unutmamağa çağırırıq”, - Abdullahi bildirib.
O, ABŞ, İsrail və onların müttəfiqlərinə səhv hesablamalardan çəkinməyi tövsiyə edərək, İrana qarşı istənilən addımın "sərt cavab" ilə qarşılanacağını vurğulayıb.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:54 / 02.07.2026
İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-yə XƏBƏRDARLIQ
Hazırda oxunan: İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-yə XƏBƏRDARLIQ
Hazırda oxunan: İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-yə XƏBƏRDARLIQ
622940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































