Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

Hazırda oxunan: Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

622926

Azərbaycanda 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan daun sindromlu xəstələrin sayı 1122 (2024-cü ildə 1259) olub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 

Bildirilib ki, onlardan 624-ü kişi (553), 498-i qadındır (706). 703 nəfəri 0-13 yaş aralığında (861), 167-si 14-17 yaş (176), 252-si isə 18 və yuxarı yaşda (222) olan şəxslərdir.


Həmçinin ötən il 196 nəfərə ilk dəfə daun sindromu diaqnozu qoyulub. Onlardan 110-u kişi, 86-sı qadın olub. 162-si 0-13 yaş aralığında, 16-sı 14-17 yaş, 18-si isə 18 və yuxarı yaşda olan şəxslərdir. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin