Həyat yoldaşı Netanyahunun üstünə qışqırdı – VİDEO

Hazırda oxunan: Həyat yoldaşı Netanyahunun üstünə qışqırdı – VİDEO

623000

İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu Qüdsdəki Teddy stadionunda keçirilən Makkabiya Oyunlarının açılış mərasimində əri və onun əməkdaşları ilə mübahisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” portalı yazıb.

Şahidlərin sözlərinə görə, Sara Netanyahu baş nazirə yüksək səslə, "Sənin ucbatından insanlarla mübahisə etməli oldum. Buna sən şərait yaratdın", - deyə irad bildirib.

Daha sonra o, Netanyahunun köməkçilərinə üz tutaraq, "Mənim qayğıma qalmalı idiniz. Niyə məni içəri buraxmırlar?" ifadələrini işlədib.

Məlumata görə, mübahisəyə Sara Netanyahunun mərasimdə VIP zonaya girişin təşkilindən narazı qalması səbəb olub.

Hadisə ilə bağlı nə Baş nazirin Ofisi, nə də Sara Netanyahu hələlik rəsmi açıqlama verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin