Türkiyə Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaqda maraqlı olduğunu bildirərək Avropa Ödəniş Şurasına (EPC) məktub göndərib.
Bizim.Media xəbər verir ki, "İnterfaks"ın verdiyi məlumata görə, bu barədə ABŞ-Türkiyə və ya Aİ-Türkiyə yüksək səviyyəli iqtisadi dialoqunun yekunlarına dair bəyanatda deyilir.
"Tərəflər razılaşdılar ki, Türkiyənin SEPA-da potensial iştirakı daha sürətli transsərhəd ödənişlərin həyata keçirilməsinə imkan verəcək, Türkiyə ilə Aİ arasında ticarət və investisiyaların artmasına töhfə verəcək", - dənəddə qeyd olunub.
Görüşdə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Bizim.Media



































































































