İnternet məkanında özünü "zaman səyyahı" adlandıran və 2118-ci ildən bəşəriyyətin qaranlıq gələcəyinə dair proqnozlarla qayıtdığını iddia edən şəxsin arxiv videosu yenidən trendə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" nəşri yayıb.
Özünü Aleksandr Smit kimi təqdim edən şəxs kamera qarşısına boz kostyum, qara qalstuk və üzünü tamamilə gizlədən qəribə lateks maskada çıxıb. Onun sözlərinə görə, "bizim tanıdığımız dünya tamamilə dəyişəcək". Bu qeyri-adi iddialar ilk dəfə 2018-ci ildə "Apex TV" Youtube kanalında dərc olunsa da, bu günlərdə sosial şəbəkələrdə yenidən populyarlıq qazanıb. Təbii ki, Smit Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işləməsi və ya zamana səyahət etməsi ilə bağlı heç bir real sübut təqdim edə bilməyib.
MKİ-nin gizli texnologiyaları və "Qara geyimli adamlar"
Smitin iddiasına görə, hər şey 1981-ci ildə başlayıb. O vaxt artıq MKİ-dən uzaqlaşaraq adi dülgər kimi çalışan Smitin qapısını qara kostyumlu iki nəfər döyüb. Özünü xüsusi xidmət orqanının əməkdaşları kimi təqdim edən şəxslər ona həyat yoldaşı ilə belə vidalaşmağa icazə vermədən arxalarınca gəlməyi əmr ediblər.
Gözləri bağlanaraq helikopterlə gizli yeraltı hərbi bazaya aparılan Smitə burada "zaman maşını" nümayiş etdirilib və o, tarixdə ilk sınaq subyekti seçilib:
"Hazırda istifadə etdiyiniz texnologiyalar, məsələn, smartfonlar əslində hökumət tərəfindən kütləvi bazara çıxarılmazdan təxminən 30 il əvvəl hazırlanır", — deyə o vurğulayıb.
Smitin "proqnozları": Üçüncü Dünya Müharibəsi və süni intellekt rəhbərliyi
"Gələcəkdən gələn agent" bəşəriyyəti gözləyən hadisələri bu cür sıralayıb:
Nüvə müharibəsi: Münaqişə ilkin olaraq ABŞ və Şimali Koreya arasında başlayacaq, daha sonra prosesə Rusiya da qoşulacaq. Tərəflər nüvə raketlərindən istifadə edəcək və bu, Üçüncü Dünya Müharibəsinə səbəb olacaq. Lakin bu fəlakət bəşəriyyəti həyatın qədrini bilməyə məcbur edəcək.
Dövlətlərin sonu: 2118-ci ildə artıq ölkələr və sərhədlər silinəcək, dünya vahid məkana çevriləcək.
Vahid rəhbər — Süni İntellekt: 2118-ci ildə dünyanı cəmi bir lider — Süni İntellekt idarə edəcək. İnsanlar onu siyasətçilərdən fərqli olaraq müharibəsiz, təhlükəsiz və ədalətli mühit yaradan ideal rəhbər hesab edəcəklər.
Uçan robotlar və çiplər: Gələcəkdə humanoid robotlar insanlarla eyni hüquqa malik olacaq. Onlar ayaqsız olacaq və yerdən yarım metr hündürlükdə uçacaqlar. İnsanların və robotların əlinə pasport və pul kisəsini əvəz edən çiplər yerləşdiriləcək.
Yadplanetlilər və kommersiya səyahətləri: Onun sözlərinə görə, artıq 2028-ci ildə hökumətlər kənar planetlərdə şüurlu həyatın olduğunu rəsmən elan edəcək, zamana səyahət isə pullu xidmətə çevriləcək.
"2118-ci ilin fotoşəkli"
Smit öz iddialarına yeganə "sübut" kimi kamera qarşısında gələcəyin şəhərini əks etdirən dumanlı bir foto nümayiş etdirib. Onun sözlərinə görə, "Dairə 508" adlanan bu məkanda göydələnlər qeyri-adi əyri formalara malikdir, göy üzü qırmızımtıl çalardadır və binalar arasında uçan nəqliyyat vasitələri hərəkət edir. Şəklin dumanlı olmasını isə o, "zamandan keçid zamanı yaranan fiziki təhriflərlə" izah edib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi bu videonu sadəcə əyləncəli bir feyk və zarafat adlandırsa da, xüsusilə süni intellektin dünyanı idarə edəcəyi barədə fikirləri qorxulu proqnoz kimi dəyərləndirənlər də tapılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:01 / 02.07.2026
Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq
Hazırda oxunan: Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq
Hazırda oxunan: Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq
622909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































