“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq”x9d.
Bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter”x9d səhifəsində yazıb.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.
Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri iştirak edəcəklər.






































































































