Azərbaycan İslam dininin daşıyıcısı olan bir ölkədir. Tarixən millətimizin varlığında yer alan irfani duyğu, ilahi eşq bütün dəyərlərdən üstün olub. Bununla belə islamiyyət öz dəyərini bütün müsəlmanlara eyni cür çatdıra bilməyib. Məsələn, Türkiyə müsəlmanları islam modelini Mövlananın və Yunus Əmrənin islami görüşləri ilə formalaşdırmış, əsrlərdir ki, bu inanca sadiqdirlər. Qurulan böyük Osmanlı İmperiyası, hətta Əmir Teymur belə islamın əbasına sığınmış islam və işğalçılıq siyasəti olaraq öndə tutmuşlar.
Azərbaycanda isə islam dəyərləri fərqli meyarlarla ölçülüb.
Həmsöhbətimiz, araşdırmaçı Sərvər Məsumun sözlərinə görə, İslamı qəbul edən o zamankı Azərbaycan Babək Xürrəmini, Cəğum peyğəmbəri tanıyırdı: “20 il xilafətə qarşı savaşan Babək böyük ehtimalla ictimaiyyətə qarşı savaş açmamışdı. Sadəcə Abbasi xəlifəsi ilə üz-üzə dayanmışdı. Tarixi faktları ərəb səlnaməçiləri yazdığından və «Babək» filminin senarisi Sovetlər Birliyinin ideologiyasına və göstərişinə uyğun yazılıb çəkildiyindən məntiqsiz nəticə üzə çıxır. Babək Allahsız deyildi və ola da bilməzdi. Heç İslama qarşı da deyildi. Babək ərəblərin soyğunçu, rəzil, alçaq, azad düzüncə işğalına qarşı idi. Deyək ki, ərəb səlnaməçisi doğru yazıb. Bəs İslam Hüseyni niyə qətl etdilər? O ki, Həzrəti Peyğəmbərin ciyərparası idi.
İçində azad düşüncəyə yer verilmədiyindən ilahi eşqə öz iç dünyasından baxan Həllac Mənsur, Babək Xürrəmi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi və onlardan sonrakılar da susduruldular.
Məkkədə bütlərə qulluq edənlər Həzrət Peyğəmbərdən sonra bütün əqrəbalarına qarşı çıxıb xulafəti ələ keçirərək əsl islam, müsəlman kəsimini qılıncdan keçirdi. Həzrəti Əliyə, oğulları Həsənə və Hüseynə acımayan Abbasilər sadə müsəlmanı düşünə bilməzdi”x9d.
Həmsöhbətimizin fikrincə, Babəki, Şah İsmayılı din və məzhəb düşməni sayaraq üstünə yeriyənlər eynilə də İslamın içində “Şəriət”x9d, “Təriqət”x9d, “Mərifət”x9d, “Həqiqət”x9d kimi qəbul edilən irfan və təsəvvüfün özünü təşkil edən amili görmək belə istəməyiblər: “Şəriət”x9d qanunları qabardılaraq inkişafa-elmə, sənətə, yeniliyə məxsus hər şeyə qadağa qoyulub. Bu bir həqiqətdir ki, İmam Əli oğulları Nəimi, Nəsimi və digərləri din olaraq islamı tək olan Allahı qəbul etmişlər.
Şah İsmayılı və onun mənsub olduğu qızılbaşları məhv etmək üçün qolunu çırmalayan Yavuz Sultan Səlim şəxs olaraq Xətaiylə hesablaşmaq, onun içində olan inancı qırmaq, dağıtmaq istəyirdi. O bilirdi ki, önündəki bir bəşəri duyğu daşıyıcısıdır. Şah Xətai və onun mənsub olduğu sufi təriqəti haqqında verilən fitvaya baxaq: «Bu şəxs (Xətai) özündən əvvəlki mürtədlərin yolunu tutaraq Zərdüştilik və Xürrəmiliyi bir ideyada-sufilikdə birləşdirmişdi». Müxalif olan hər kəsi, hər düşüncə sahibini kafir elan etməklə cəzalandırmışlar. İlahi Babək Xürrəmi ilə Şah İsmayılı birləşdirir. Mənbə qeyd edir ki, Babək ilk türk çalğı aləti olan tənbur çalıb. Şah Xətai də tənbur çalıb və sonra sazın ilahi səsinə heyran qalıb. Halbuki, şəriət musiqini, musiqi aləti çalmağı qadağan edir. Şəriəti əldə bayraq edib, guya İslama xidmət mövqeyi tutanlar əslində xilafət sevdalıları idilər. Məsələn, Əmir Teymur Osmanlı düşüncələrində islamı yaymaq, xilafəti əldə tutmaq, guya kutsal torpaqlara, Həzrəti Peyğəmbərə, Allaha xidmət etməyi düşünürdülər. Şəritə özləri öz qafalarından əlavələr də edirdilər. Beləcə mənəviyyat və ruh əzilir, insan daxilən çürüyür, məhv olurdu.
İctimaiyyət arasında minlər, on minlər kimi formalaşan təriqətlər təqibə məruz qalırdı. İslamdan öncə mövcud olmuş musiqi alətləri də eynilə bu aqibəti yaşadı və bu gün xristianlar o alətlərdən gen-bol istifadə edirlər. Yaxşı ki, ney, tənbur, balaban, zurna, saz qorundu.
Qəribədir ki, Mövlananın düşüncələrini qəbul edənlər onun həyatında olan «məqamı» görmək istəməyiblər”x9d.
S.Məsum deyir ki, araşdırma zamanı Əlincə qalasının müdafiəsi, Şəril düzündə döyüş, məşhur Çıldıran savaşı zamanı hürufiliyin insanlara sirayəti, əzmkarlığı, mücahidliyi təbdil etməsini görüb: “Təkyəçilik , xanəgahlıq, sufi təriqətinin özəyində durur, saz, söz sənəti önə çəkilir. Bu ruhun özündə üç böyük fəlsəfə, təsəvvüf, irfan həqiqəti birləşib. Xəlvətilik, hürufilik, qızılbaşlıq. Səfəvilər xanədanı bu üç fəlsəfəni təlimə keçirə bilib və böyük imperiyanın əsasını qoyub. Özündən əvvəlki ata-baba torpaqlarının işğaldan azad edilməsi və birləşdirilməsi məhz bu təlimin tərəfdarlarının üzərinə düşüb. Belə olan halda 14 illik hakimiyyəti dövründə 14 ölkə fəth edən Şah İsmayılı necə görməli? Başdan-ayağa sufi olan, savaşlarda belə haqq-ədalət gözləyən, hər şeyə fərqli yanaşan hürufi kimi bilinən, ərəb və osmanlı səlnaməçiləri tərəfindən şiə kimi təqdim olunan Şah İsmayılı gah sərkərdə, gah şair, gah sənətkar-sazəndə, gah da alim kimi görürük. Öz ustadları tərəfindən mükəmməl yetişdirilən bu dahi insan - hökmdar niyə islam əbası geyənlər tərəfindən sevilməyib?
Doğrudanmı Şah İsmayıl müsəlmançılıqda şiə cərəyanı yaratmaqla müsəlmanları parçalayıb? Səfəvi dövləti hansı dinlə əhatə olunub? Ümumiyyətlə, Şah İsmayıl Xətai şiədirmi?
Öncə onun harada, hansı şəraitdə doğulması, böyüməsi, müəllimlərinin kimliyi, hökmranlığı haqda olan bilgiləri bilmək lazımdır. Şah İsmayıl tam bir sufi, təsəvvüf adamı kimi yetişdirilib, şiəliklə heç bir əlaqəsi yoxdur, səfəvi xanədanı, eləcə də bütün ölkə sufi dünyagörüşü, ideologiyası ilə idarə olunub. Onun zamanında Azərbaycanda məzhəbçilik yek təriqətçilik geniş yayılıb. Belə ki, şəriət qanunlarına zidd olaraq onun sarayında musiqiyə çox önəm verilib. Saz çalınıb, zikrlər edilib, təkyələr saxlanıb, mərsiyələr deyilib. Sonralar bu görüntünü şiəliklə əlaqələndirənlər öz çirkin niyyətlərini həyata keçirib. Düşüncəsi təmiz, əqidəsi saf insanı tarix qarşısında ləkələməyə çalışıblar”x9d.
Həmsöhbətimiz iddia edir ki, ümumiyyətlə, Səfəvi imperiyası dini dövlət olmayıb. Görüntüdə islam mollası müəyyən dövlət tədbirlərinə qatılsa da, bu o qədər də önəm daşımayıb. Dövlət ideologiyasının əsasını, urfan, təsəvvüf düşüncəsi - sufizim təşkil edib: “Xətai bütün məsələlərdə azad, sərbəst düşünən kamil insanı önə çəkib və bir növ sələf-xələf məsələsini həll edib. Sufilər elmə, biliyə üstünlük veriblər. Səfəvi dövlətində mənəvi məsələlər Qızılbaşların, sonra isə dərvişlərin, övliyaların nəzarətində idi. Təsəvvüf fəlsəfəsinin daşıyıcısı olan Şah İsmayıl şiə deyildi və onu bu yöndə suçlamaq ən azı günahdır. Türk dilini, türk urfan mədəniyyətini dövlət səviyyəsinə qaldıran millətə, onun mənəvi dəyərlərinə, sənətinə, aliminə, torpağına, keçmişinə xidmət edən Xətai şəxsiyyəti vurulmuş buxovlardan azad olunmalıdır. İlahi həqiqətləri, insan əxlaqını, haqqı, ədaləti, təsəvvüfü, mistikanı öz şeirlərində böyük bir eşqlə tərənnüm edən kami sufidir o. Yanlış təqdim edilən böyük ümumtürk ideoloqu sazı (hansı ki, indi bütün mili keçmişimizə işıq tutur) möhtəşəm bir səviyyəyə yüksəltdi. Doğru araşdırılsa Xətai dövrü Azərbaycan tarixinin qızıl dövrü, mili ideologiyanın tam tətbiqi, vətənpərvərliyin, mücahidliyin ən ali məqamı olduğu görünər”x9d.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Anadoluda Ələvi-Bəktanilərin əsrlərdir sevərək qəlblərində saxladıqları sufi-övliya məhz Şah İsmayıl Xətaidir.
Yaddaşlarda, məfkurələrdə yaşayan, böyük dölət yaradan, onun ideologiyasını yazan, özündən sonra gələn nəsillərə qurulan dövləti qorumağı, torpaqlarına, insanlarına, adət-ənənələrinə, mədəniyyətinə sahib durmağı vəsiyyət etmişdi.
Rumiyyə





































































































