Röya bu dəfə generalın oğlu ilə sevgilidir - Fotolar

Hazırda oxunan: Röya bu dəfə generalın oğlu ilə sevgilidir - Fotolar

216236

Azərbaycanın əməkdar artisti Röya Ayxan yeni sevgi münasibətinə başlayıb.xa0 Həmişə sevgililəri ilə gündəmdə olan sənətçi yenə də ənənəsinə sadiq qalıb.xa0

Bu dəfə Röya Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun sabiq, hazırda isə Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşayır. 35 yaşlı müğənninin sevgilisi özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovdur.

Hətta sənətçi onunla çəkdirdiyi bir neçə şəkli instaqram səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var.

Röya, eyni zamanda general-leytenant R. Əkbərovla fotosunu da instaqram izləyiciləri ilə bölüşüb.

Cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər.(Qafqazinfo)





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin