Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak etdi - Foto

Hazırda oxunan: Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak etdi - Foto

647840

NATO mənzil-qərargahında növbəti “NATO Xeyriyyə Bazarı” keçirilib.

Bizim.Media xəbər verir ki, ənənəvi olaraq, Azərbaycanın NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib.

40-a yaxın ölkənin iştirak etdiyi xeyriyyə bazarında “Hyatt Regency Baku”nun sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət ediblər.

Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak etdi - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin