İran Trampı öldürməyi planlaşdırır - İsrail kəşfiyyatı sui-qəsd ssenarisini açıqladı

Hazırda oxunan: İran Trampı öldürməyi planlaşdırır - İsrail kəşfiyyatı sui-qəsd ssenarisini açıqladı

647804

İran ABŞ Prezidenti Donald Trampı və onun administrasiyasının yüksəkvəzifəli rəsmilərini hədəfə almağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Mossad” kəşfiyyat xidmətinin Vaşinqtona xəbərdarlıq etdiyi bildirilir.

“Israel Hayom” qəzetinin hər iki ölkənin yüksəkvəzifəli rəsmilərinə istinadən yaydığı məlumata görə, “Mossad” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Tehranın partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar hazırladığı barədə məlumat ötürüb. Xəbərdarlıqda mümkün hücum vasitələri də göstərilib.

Məlumatın başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqləndiyi iddia olunur.

Nəşrin mənbələri bildiriblər ki, bu təhdidlər Tramp administrasiyasının İranla danışıqlara yanaşmasını dəyişən əsas amillərdən biri olub. Təhlükəsizlik tədbirləri gücləndirilib, ABŞ rəsmilərinin açıq hava tədbirlərində iştirakı azaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin