Sumqayıtda güclü külək fəsadlar törətdi: Yaşayış massivi işıqsız qaldı

Hazırda oxunan: Sumqayıtda güclü külək fəsadlar törətdi: Yaşayış massivi işıqsız qaldı

647891

Sumqayıt şəhərində müşahidə olunan güclü külək fəsadlara səbəb olub.

Bizim.Media  xəbər verir ki, küləyin təsiri nəticəsində elektrik dirəyi aşıb. Hadisə səbəbindən şəhərin Yaşıldərə yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Müvafiq qurumların əməkdaşları elektrik təsərrüfatında bərpa işlərini davam etdirirlər.

Təmir işləri başa çatdıqdan sonra yaşayış massivinin elektrik enerjisi ilə təminatının bərpa olunacağı gözlənilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin