Forbes: "Nvidia" ilə əlaqəli 7 milyarder sərvətinin üçdə birini itirdi

Hazırda oxunan: Forbes: "Nvidia" ilə əlaqəli 7 milyarder sərvətinin üçdə birini itirdi

647905

ABŞ-ın "Nvidia" şirkəti ilə əlaqəli yeddi milyarder sabiq baş direktor Censen Huanqın şəxsi həyatı ətrafında yaranan qalmaqal fonunda ümumi sərvətlərinin təxminən üçdə birini itirib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, qalmaqal səbəbindən şirkətin səhmləri noyabrın 8-dən bəri 11%, oktyabr ayındakı maksimum göstərici ilə müqayisədə isə 31% ucuzlaşıb.

Nəticədə Censen Huanqın sərvəti 145 milyard dollara enib və o, dünyanın ən varlı 10 adamı siyahısından kənarda qalıb.

Şirkətin digər altı hazırkı və sabiq rəhbərinin, həmçinin direktorlar şurası üzvlərinin ümumi kapitalı isə 5,6 milyard dollar azalaraq təxminən 21 milyard dollara düşüb.

Səhmlərin dəyər itirməsi nəticəsində "Nvidia"nın maliyyə direktoru Kolett Kress, qlobal əməliyyatlar üzrə sabiq icraçı vitse-prezident Cey Puri və direktorlar şurasının üzvü, vençur investoru Bruk Syuell milyarder statusunu itiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin