Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto

Hazırda oxunan: Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto

647806

Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” yarışmasında Canan Topçu 1 milyon lirəlik suala qədər irəliləsə də, səhv cavab verərək yarışmanı tərk edib.

Bizim.Media xəbər verir ki, 500 min lirəlik sualı düzgün cavablandıran iştirakçı növbəti mərhələdə Qurani-Kərimlə bağlı sualla qarşılaşıb: “Hansı peyğəmbərə Qurani-Kərimin heç bir yerində adı ilə müraciət edilməyib?”

İştirakçının kömək hüququ qalmadığından riskə gedərək B variantını – Hz. İsanı seçib. Lakin düzgün cavab A variantı – Hz. Məhəmməd olub.

Düzgün cavabı öyrənən Canan Topçu böyük məyusluq yaşayıb.

Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto - foto 1
Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto - foto 2
Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin