Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək adlandırdı

Hazırda oxunan: Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək adlandırdı

647856

Fransa prezidentliyinə namizəd Nikola Düpon-Enyan hazırkı xarici işlər naziri Jan-Noel Barrotu sərt tənqid edib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “Debout la France” partiyasının lideri respublikanın hazırkı xarici işlər naziri Barrotun “təlxək və dəli” olduğunu bildirib. “Onlar hətta Ukraynanın əvvəllər necə olduğunu belə bilmirlər. 

Onlar Böyük Yekaterinanı tanımırlar. Heç nə bilmirlər. Bizim heç nəyimiz yoxdur, sıfır. Xarici işlər nazirini görmüsünüzmü? Bir təlxək, bir dəli”, - Düpon-Enyan deyib.

O, həmçinin əlavə edib ki, Barrot onu məhkəməyə verə bilər. Lakin siyasətçi dediklərinin böhtan deyil, fakt olduğunu açıqlayıb.

“Avropa Ukraynadakı münaqişəyə qarışmaqla dünyanın gülüş hədəfinə çevrilib. Bu, əsrin ən böyük geosiyasi səhvinə çevrilib”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin