Rusiya nüvə sınaqlarını bərpa etmək niyyətində deyil, lakin ABŞ və ya digər ölkələrin bu cür hərəkətlərinə cavab olaraq müvafiq tədbirlər görəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
Diplomat “Kommersant”a verdiyi müsahibədə deyib:
“Əlbəttə ki, nüvə sınaqlarının bərpası ehtimalını tamamilə inkar etmək həddindən artıq nikbin olardı. Amma əminəm ki, nüvə güclərinin məsuliyyətli yanaşması ilə belə bir ssenarini istisna etmək üçün hər fürsət mövcuddur. Ölkələrin könüllü milli moratoriumlara ciddi şəkildə riayət etməsi vacibdir. Rusiyanın da məhz bu mövqeyi var, amma Rusiya Prezidenti Vladimir Putinin də qeyd etdiyi kimi, ABŞ və ya digər dövlətlər nüvə sınaqları keçirərsə, ölkəmiz də adekvat cavab tədbirləri görməli olacaq”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:47 / 15.11.2026
Mixail Ulyanovdan xəbərdarlıq: Hansısa ölkə nüvə sınaqlarını bərpa etsə, Rusiya adekvat cavab verəcək
Hazırda oxunan: Mixail Ulyanovdan xəbərdarlıq: Hansısa ölkə nüvə sınaqlarını bərpa etsə, Rusiya adekvat cavab verəcək
Hazırda oxunan: Mixail Ulyanovdan xəbərdarlıq: Hansısa ölkə nüvə sınaqlarını bərpa etsə, Rusiya adekvat cavab verəcək
647867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































